20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Baku Shoping Festivalı”nın keçirilməsi təklif olunur - Fotolar
Tarix: 15-09-2022 18:33 | Bölmə: İqtisadiyyat
“Baku Shoping Festivalı”nın keçirilməsi təklif olunur

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası idarə heyətinin növbəti iclası keşirilib. İclas gündəliyinin əsas mövzusu Bakıda növbəti Ticarət Festivalının (“Baku Shoping Festival”) keçirilməsi olub. Assosiasiyanın təşkilatçılığı ilə “Shoping Festival”nın 2022-ci ilin noyabr ayında keçirilməsi təklif olunur.

Reyting.az
xəbər verir ki, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası İdarə heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, Ticarət Festivalının keçirilməsi, həm brend mağazalarının dövriyyəsinin artırılması, həm ölkəyə turist axınının təmin edilməsi, eləcə də, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ödənişlərin artırılması və əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmi ilə nağdsız ödənişlərin artırılması və vergi mədəniyyətinin formalaşdırılmasına müsbət təsir göstərəcək.



“Baku Shoping Festival”-ı çərçivəsində tətbiq edilən xüsusi kampaniya və endirimlər isə yerli istehlakçılara brend geyimlərinin əlverişli qiymətlərlə əldə edilməsi imkanı yaradacaq ki, bu da AFRA-nın fəaliyyətinin prioritet istiqamətlərindəndir”, - deyə F. Novruzi bildirib.

İdarə heyətinin bütün üzvləri “Baku Shoping Festival”nın keçirilməsi təklifini dəstəkləyərək, festivalın təşkilinə lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildiriblər.

İclasın sonunda “Baku Shoping Festival”nın təşkil edilməsi istiqamətində işlərə start verilməsi, müvafiq dövlət və özəl qurumlar ilə danışıqların aparılması və güzəştlərin tətbiq edilməsi istiqamətində işlərin aparılması haqqında qərar verilib.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər