17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nazirlik: “Bu vəziyyət manatın məzənnəsinə təsir etməyəcək”
Tarix: 15-09-2022 18:55 | Bölmə: İqtisadiyyat
Nazirlik: “Bu vəziyyət manatın məzənnəsinə təsir etməyəcək”

Ukraynadakı vəziyyətin təsiri ilə neftin qiymətinin bahalaşması və Azərbaycan Mərkəzi Bankının artan beynəlxalq ehtiyatları manatın sabit qalmasına kömək edəcək.

Reyting.az
Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Ukraynadakı vəziyyət Azərbaycan iqtisadiyyatına potensial mənfi təsirləri ilə yanaşı, ölkəmiz üçün Avropa İttifaqının (Aİ) qaz tədarükünü diversifikasiya etmək səylərindən faydalanmaq imkanı da yaradır.

Belə ki, 2022-ci ilin 18 iyul tarixində Azərbaycan və Aİ arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna uyğun olaraq beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz təchizatı iki dəfə artacaq və 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcək.

Eyni zamanda qeyd olunub ki, əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların dəyərsizləşməsi. Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus kimi ölkələrdə milli valyutanın dəyərdən düşməsi və bir sıra ölkələrdə həyata keçirilən sərt pul siyasəti manatın nominal effektiv məzənnəsini möhkəmləndirməklə Azərbaycanda inflyasiyaya azaldıcı təsir göstərsə də, manatın möhkəmlənməsi təzyiqləri formalaşdıraraq ölkəmizdə idxalı ucuzlaşdırmaqla yerli istehsalçıların maraqlarına və qeyri-neft məhsullarının ixrac imkanlarına mənfi təsir göstərir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}