17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Daşkəsənin avtomobil yolu təmir olunacaq
Tarix: 20-09-2022 14:58 | Bölmə: İqtisadiyyat
Daşkəsənin avtomobil yolu təmir olunacaq

Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinə 9,5 milyon manat ayrılıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}