20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mikayıl Cabbarov: "Kreditlər hesabına 1690 yeni iş yerinin açılması imkanı yaranıb"
Tarix: 21-09-2022 14:31 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Kreditlər hesabına 1690 yeni iş yerinin açılması imkanı yaranıb"

Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 732 sahibkara 72,1 milyon manat, o cümlədən 1 725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabındakı paylaşımında qeyd edib

Onun sözlərinə görə, bu kreditlər hesabına 1690 yeni iş yerinin açılması imkanı yaranıb. “Güzəştli kreditlərin 71,4 %-i aqrar sektorun, 28,6 %-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88,2 %-i regionların, 11,8 %-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər