20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Azərsığorta” 15 milyon manatdan çox sığorta ödəyib
Tarix: 22-09-2022 10:12 | Bölmə: İqtisadiyyat
“Azərsığorta” 15 milyon manatdan çox sığorta ödəyib

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-avqust ayları üzrə sığorta ödənişlərinin həcmini və ödəniş alan müştərilərin sayını açıqlayıb.

Mətbuat katibliyindən Reyting.az-a bildiriblər ki, 2022-ci ilin yanvar-avqust aylarında şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitin ümumi həcmi 15 287 197 manat təşkil edib.

Hesabat dövründə şirkət sığorta ödənişi alan müştərilərin sayını da açıqlayıb. Təkcə cari ilin avqust ayı əzində “Azərsığorta” şirkəti tərəfindən 1542 müştəriyə sığorta ödənişi verilib. Ümumilikdə isə, yanvar ayından avqust ayının sonunadək müxtəlif sığorta hadisələri üzrə ödəniş alan müştərilərin sayı 15087-yə çatıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər