Pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək
Tarix: 22-09-2022 18:14 | Bölmə: İqtisadiyyat
Pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Reyting.az
-ın xəbərinə görə, layihəni təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini bildirib.

Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}