20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycanda mövsümi vergi tətbiq edilə bilər
Tarix: 23-09-2022 12:13 | Bölmə: İqtisadiyyat
Azərbaycanda mövsümi vergi tətbiq edilə bilər

Azərbaycanda mövsümi vergilərin tətbiq edilməsinə baxılır.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsi də nəzərdən keçirilir.

S. Musayeva diqqətə çatdırıb ki, güzəştlərin edilməsi ilə bağlı məsələyə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır və sahibkarların da təklifi nəzərə alınır.

Onun sözlərinə görə, xüsusilə mövsümi vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə diqqət yetiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər