16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Rusiya “Şimal axını” ilə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb
Tarix: 27-09-2022 11:12 | Bölmə: İqtisadiyyat
Rusiya “Şimal axını” ilə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb

Rusiya sentyabrın 27-də “Şimal axını” əsas marşrutu üzrə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb.

TASS-ın məlumatına görə, bu istiqamətdə qaz nəqli zədələnmiş avadanlıqlar təmir olunduqdan sonra bərpa ediləcək.

Bildirilir ki, buna baxmayaraq, Rusiyadan Ukraynaya, oradan isə Avropaya təbii qazın ötürülməsi davam edir. Ukraynanın “Soxranovka” qazpaylayıcı stansiyasından ixracat dayanıb. Ancaq “Sudja” stansiyasından sutkada 42,4 milyon kub metr qaz nəql edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}