16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
45 min tondan çox ərzaq yüklənmiş üç gəmi Ukrayna limanlarını tərk edib
Tarix: 01-10-2022 07:31 | Bölmə: İqtisadiyyat
45 min tondan çox ərzaq yüklənmiş üç gəmi Ukrayna limanlarını tərk edib

Sentyabrın 30-da Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 45,2 min ton taxıl və digər aqrar-sənaye məhsulları daşıyan üç yük gəmisi Ukrayna limanlarını tərk edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildiriblər.

Qeyd olunur ki, gəmilər Birgə Koordinasiya Mərkəzindən icazə alıblar.

“Blue One” (32,3 min ton qarğıdalı) və “Eleanora” (6,3 min ton qarğıdalı) gəmiləri İtaliyaya yolla düşüb. "Besiktas Iceland" yük gəmisi isə Türkiyəyə 6,6 min ton günəbaxan yağı tədarük edəcək.

Məlumata görə, təyinat yerinə çatdırılan taxıl emal oluna və sonra başqa ölkələrə daşına bilər.

Sentyabrın 30-na olan məlumatda qeyd olunur ki, Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi çəkisi 5 471 144 tondur.(Trend)




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}