İran Türkiyəyə təbii qaz nəqlini dayandıracaq
Tarix: 01-10-2022 15:42 | Bölmə: İqtisadiyyat
İran Türkiyəyə təbii qaz nəqlini dayandıracaq

İrandan Türkiyəyə təbii qazın nəqli oktyabrın 9-dək dayandırılacaq.

NTV xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti açıqlama yayıb.

Bildirilib ki, İran-Türkiyə Təbii Qaz Boru Kəmərində aparılacaq planlı yoxlama və təftiş işləri ilə əlaqədar olaraq Gürbulak giriş məntəqəsindən təbii qazın nəqli paylayıcı şəbəkə ilə 8 gün mümkün olmayacaq.

Şirkət planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə elektrik verilişi şəbəkəsində tələb-təklif balansı ilə bağlı problemin olmayacağını da qeyd edib.(Report)




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur