16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüşüb - Yenilənib
Tarix: 07-02-2023 16:39 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüşüb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gəlib.

Reyting.az
xəbər verir ki, nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.

Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.(APA)

***

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Naxçıvan şəhərindəki Biznes Mərkəzində sahibkarlarla görüşüb.

Görüş çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb.

Bildirilib ki, Naxçıvan iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}