Çin Rusiyadan daha çox neft alacaq
Tarix: 10-02-2023 14:33 | Bölmə: İqtisadiyyat
Çin Rusiyadan daha çox neft alacaq

Energetika sahəsində konsaltinq şirkəti “Energy Aspects”in analitiklərinin məlumatına görə, Çin Rusiyadan neft idxalını artırıb.

Reyting.az
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, hər gün üç supertanker Rusiyadan “Urals” markalı nefti Çinə daşıyır.

Həmin supertankerlərin ÇXR-in “PetroChina Co.” dövlət neft-qaz şirkəti tərəfindən satın alındığını bildirən analitiklər hesab edir ki, yaxın aylarda Rusiya qazının da ixracı arta bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}