20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gəmiçilik şirkətinə sanksiyalar tətbiq olunacaq
Tarix: 15-02-2023 00:52 | Bölmə: İqtisadiyyat
Gəmiçilik şirkətinə sanksiyalar tətbiq olunacaq

Avropa İttifaqı “SUN Ship Management Ltd” gəmiçilik şirkətinə sanksiyalar tətbiq etmək niyyətindədir. Buna səbəb Qərb ölkələrinin neft ixracına qoyduğu məhdudiyyətlərdən Rusiya Federasiyasının yan keçməsinə həmin şirkətin kömək etməsidir.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico”ya Avropa İttifaqının növbəti anti-Rusiya sanksiya planları ilə tanış olan üç diplomat bildirib.

Nəşrin məlumatına görə, Qərbin sanksiyalarına baxmayaraq, gəmiçilik şirkəti Rusiya yanacağının daşınmasını təşkili üçün Rusiyanın dövlət şirkəti “Sovcomflot”-un 92 gəmisinə gizli şəkildə “sığınacaq” verib.

Üstəlik, “SUN” hətta “Sovcomflot”la əlaqəli olmamaq üçün rəsmi adını dəyişib. Əvvəllər həmin şirkətin adı “SCF Management Services” olub.

Bildirilir ki, həmin şirkətin xarici müəssisə adı altında bir çox ölkələrlə müqavilələri var.

Hazırda şirkət rəsmi olaraq Dubayda yerləşir. “SUN”-un əsas benefisiarları BƏƏ və Rusiya Federasiyası vətəndaşları olduğu, müəssisənin transmilli korporasiyalar tərəfindən idarə edildiyi bildirilir. Hazırda “SUN” donanması Liberiya və Kipr bayraqları altında neft daşıyan 92 gəmidən ibarətdir. Orta hesabla tankerlər ən azı 150 min ton neft daşıyır.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər