20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Banklar Rusiyanın dondurulmuş aktivləri ilə bağlı sirri açacaq
Tarix: 16-02-2023 12:34 | Bölmə: İqtisadiyyat
Banklar Rusiyanın dondurulmuş aktivləri ilə bağlı sirri açacaq

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivləri ilə bağlı bankların hesabat öhdəliklərini sərtləşdirməyi təklif edir.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Avropa Komissiyasının təklif layihəsinə əsasən, bank hesabatlarının sərtləşdirilməsi Ukraynaya təcavüz edən Rusiyaya qarşı onuncu sanksiyalar paketi çərçivəsində həyata keçiriləcək.

Hesabat öhdəliklərinin sərtləşdirilməsi təklifi sanksiyalara məruz qalan Rusiya şirkətləri və fiziki şəxslərinin dondurulmuş aktivlərinə də şamil ediləcək.

Lazımi məlumatların təqdim edilməməsinə görə fiziki şəxslərə 50 min avroya qədər, hüquqi şəxslərə isə illik dövriyyənin 10 faizinə qədər cərimə tətbiq edilə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər