16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda iki uşağı oğurlayan qadın tutuldu
Tarix: 16-08-2019 17:51 | Bölmə: Xəbərlər
Bakıda iki uşağı oğurlayan qadın tutuldu

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Reyting.az
xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaq gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İctimai təhlükəli əməldə şübhəli bilinən qadın tutularaq istintaqa təhvil verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}