07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Türkiyənin yük təyyarəsi dənizə düşüb
Tarix: 21-10-2025 09:15 | Bölmə: Xəbərlər
Türkiyənin yük təyyarəsi dənizə düşüb

Türkiyənin “ACT Hava Yolları”na aid yük təyyarəsi Honq Konqa eniş zamanı yoldan çıxaraq dənizə sürüklənib.

Reyting.az
-ın məlumatına görə, hadisə Honq Konq Beynəlxalq Hava Limanında baş verib.

Dubay beynəlxalq hava limanından "Emirates Hava Yolları" adı altında qalxan, Türkiyənin “ACT Hava Yolları”na aid təyyarə eniş zamanı yoldan çıxıb. Yaxınlıqdakı xidmət vasitəsinə çırpılan təyyarə daha sonra dənizə sürüklənib.

Qəza zamanı yer xidmətləri vasitəsində olan 2 nəfərin öldüyü, təyyarədəki 4 ekipaj üzvünün isə yaralandığı məlum olub.

Qəza səbəbilə Honq Konq Beynəlxalq Hava Limanının şimal hissəsi müvəqqəti olaraq hava hərəkətinə bağlanıb.

Açıqlamada qeyd olunur ki, kapitanlar enişdən əvvəl yardım istəməyiblər.

Qəza zamanı təyyarənin iki hissəyə bölündüyü bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər