Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
Tarix: 17-10-2025 10:47 | Bölmə: Xəbərlər
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib

Rusiya ordusu Krivoy Roqda (Dnepropetrovsk vilayəti) infrastruktura zərbələr endirib. 10-dan çox infrastruktur hədəfi vurulub və yanğınlar başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Krivoy Roq Şəhər Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul bildirib.

“Düşmən bir gecədə “Şahed” dronları ilə şəhərə kütləvi hücuma keçdi. Regionda və Krivoy Roqun səmasında hava hücumundan müdafiə vasitələri aktiv olub, 22 PUA-nı vurub. Bununla belə, zərbələr də olub. Şəhər infrastrukturuna zərbələr endirilib, nəticədə 10-dan çox yanğın baş verib”,- o deyib.

Onun sözlərinə görə, bütün fövqəladə xidmətlər işləyir, bütün yerlərdə yanğınlar söndürülüb və itki yoxdur.

Bununla yanaşı Krivoy Roqun 22-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Qeyd olunur ki, energetiklər enerjinin bərpası üçün mümkün olan hər şeyi edirlər.

Vilkul bildirib ki, hücum nəticəsində Nikopol rayonunda 69 və 89 yaşlı qadınlar yaralanıb. Üç yaşayış binası, dörd fərdi ev və üç avtomobilə ziyan dəyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
14-10-2025, 15:38 Azərbaycan əhalisi artıb