07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
Tarix: 21-10-2025 10:58 | Bölmə: Xəbərlər
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına açıqlama verib.

S. Telmanqızı ona R. Mehdiyevin həbsi, durumu, ailənin istintaqa çağırılması ilə bağlı suallar ünvanlamaq istəsə də, İ. Əliyev özü barəsində yayılanlara münasibət bildirib.

İ. Əliyev deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur:

“Mən sizin efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

İ. Əliyev R. Mehdiyevlə bağlı sualı cavablandırmaqdan imtina edib.





Bölməyə aid digər xəbərlər