Üç tanınmış hakim təqaüdə göndərilir
Tarix: 17-10-2025 10:57 | Bölmə: Xəbərlər
Üç tanınmış hakim təqaüdə göndərilir

Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər-Novruz Kərimov, Rasim Sadıxov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.

Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.

N.Kərimov, R.Sadıxov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.




Bölməyə aid digər xəbərlər
14-10-2025, 15:38 Azərbaycan əhalisi artıb