Məşhur vəkilin fəaliyyəti dayandırıldı
Tarix: 10-09-2019 14:56 | Bölmə: Xəbərlər
Məşhur vəkilin fəaliyyəti dayandırıldı

Tanınmış vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

Məlumata görə, sentyabrın 9-da Vəkilli Kollegiyasının iclası keçirilib. Həmin iclsda Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Adil İsmayılov VK-nın qərarı haqda danışmaqdan imtina edib. O, bu barədə Vəkillər Kollegiyası ilə danışmağı tövsiyyə edib.

Gununsesi. org isə məlumat yayıb ki, Adil İsmayılovun vəkillik fəaliyyəti kollegiyanın üzvü Sahil Quliyevin şikayəti əsasında dayandırılıb.

Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də, buna məhəl qoyulmayıb.

Sahil Quliyev xəbəri təsdiqləyib. Lakin məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}