Sarkozi cəzasını "Sante"-də çəkəcək
Tarix: 14-10-2025 09:11 | Bölmə: Dünya
Sarkozi cəzasını "Sante"-də çəkəcək

Fransanın sabiq prezidenti Nikola Sarkozi 21 oktyabrda həbsxanaya göndəriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə "BFM TV" telekanalı məlumat yayıb.

N. Sarkozi Parisin 14-cü dairəsində yerləşən "Sante" həbsxanasında cəza çəksə də, ehtimal ki, o, keçmiş prezident kimi digər məhbuslardan uzaq, təcrid olunmuş bölmədə qalacaq.

Xatırladaq ki, 2007-2012-ci illərdə Fransa Respublikasının Prezidenti olmuş Nikola Sarkozi Liviyanın sabiq lideri Müəmmar Qəddafinin rəhbərliyi zamanında onun hökumətindən qanunsuz maliyyə yardımı aldığı üçün 5 il azadlıqdan məhrum edilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər