12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
8756 nəfər müqavilə əsasında müəllim işləyəcək
Tarix: 12-09-2019 11:50 | Bölmə: Xəbərlər
8756 nəfər müqavilə əsasında müəllim işləyəcək

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar.

Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər