Psixoloqların biliyinə diaqnostik qiymət veriləcək
Tarix: 18-11-2019 16:42 | Bölmə: Xəbər lenti
Psixoloqların biliyinə diaqnostik qiymət veriləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
9-12-2019, 13:17 Sabah yağış yağacaq

{sape_links}{sape_article}