İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub - Foto
Tarix: 23-01-2020 20:31 | Bölmə: Xəbər lenti
İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub

35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə yanvarın 23-də Xətai rayonundakı Şıxlınski küçəsi, 57 ünvanında yaşayan sakinlərlə görüşüb.

Seçki Qərargahından Reyting.az-a verilən məlumata görə, axşam saatlarında açıq hava şəraitində baş tutan görüşdə yüzlərlə seçici iştirak edib. Havanın soyuqluğuna baxmayaraq əvvəlki görüşlərdə olduğu kimi yenə izdiham müşahidə olunub.

Deputatlığa namizəd çıxış edərək seçicilərin məhəlli problemlərinə, eləcə də ölkə səviyyəsindəki problemlərə toxunduqdan sonra sakinlər İqbal Ağazadəyə ötən seçkilərdə olduğu kimi, bu parlament seçkilərində də dəstək verəcəklərini ifadə ediblər.

Deputatlığa namizəd ona açıq dəstək ifadə edən seçicilərə öz təşəkkürünü bildirib və onları fevralın 9-da hamılıqla səsvermə məntəqələrinə dəvət edib.

İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub
İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub
İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub
İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub
İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub
İqbal Ağazadə ilə görüşdə izdiham müşahidə olunub




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}