14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İqbal Ağazadə: "…Ciddi mübarizə aparacağıq"
Tarix: 14-02-2020 12:02 | Bölmə: Xəbərlər
İqbal Ağazadə: "…Ciddi mübarizə aparacağıq"

Nəticələri ləğv edilmiş 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadə Mərkəzi Seçki Komissiyasının ləğv qərarına münasibət bildirib.

Reyting.az
-ın məlumatına görə, İ. Ağazadə seçicilərə müraciətində deyib ki, belə bir vəziyyətin yaranması onun üçün sevindirici deyil: "Çünki, biz sizin səsinizlə qalib gəlmişdik. Həm protokollar, həm də videomateriallar var idi. Dairə və məntəqə seçki komissiyaları da böyük saxtakarlığa imza atıb və bu nəticələri dəyişdirmişdi.

Biz söz vermişdik ki, dairənin nəticələrinin hüquqi yolla ləğvi üçün ciddi mübarizə aparacağıq. 30 məntəqə üzrə hər birinin nəticələri ləğv olundu. Bununla bağlı Baş Prokurorluğa da, MSK-ya da göndərdiyimiz dəlil və sübutlar öz əksini tapdı. Sosial şəbəkə istifadəçiləri bizə ciddi dəstək verdilər, bu faktlar ictimailəşdirildi.

Gələcəkdə nə olacaq, ona baxacağıq”.

Seçkiyə Ümid Partiyasının namizədi kimi qatıldığını bildirən İ. Ağazadə, yaranmış vəziyyətin partiyada müzakirə olunacağını diqqətə çatdırıb: “Amma bizim üçün təkcə 35 saylı dairə deyil, 20 dairədə də bizim namizədlərimizlə bağlı çalışmalarımız var. Çalışacağıq ki, hüquqi müstəvidə edə biləcəyimiz nə varsa, edək. Azərbaycanın demokratikləşməsi naminə qərarlar verəcəyik".

Qeyd edək ki, nəticələri ləğv edilmiş 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arif oğlu Abbasov (Rauf Arifoğlu) qalib elan olunmuşdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}