Azərbaycanlı kriminal avtoritet öldürüldü - Foto
Tarix: 23-02-2020 17:24 | Bölmə: Xəbərlər
Azərbaycanlı kriminal avtoritet öldürüldü

Ukraynanın Zaporojye vilayətində “Sarvan” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

Reyting.az
-ın məlumatına görə, Ukrayna KİV-ləri xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs fevralın 22-də axşam saatlarında sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.

“Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - yerli polis bildirir.

Azərbaycanlı kriminal avtoritet öldürüldü

Qeyd olunur ki, öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet “Qriqori” ilə sıx ünsiyyət saxlayıb. “Sarvan”ın habelə vətəni Azərbaycanda da “qanuni oğrular”la əlaqələri olub.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}