12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
Tarix: 12-09-2025 14:35 | Bölmə: Cəmiyyət
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb

Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq