16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda 4 nəfər koronavirusa görə axtarışa verildi
Tarix: 24-03-2020 11:51 | Bölmə: Xəbərlər
Azərbaycanda 4 nəfər koronavirusa görə axtarışa verildi

Martın 23-də Naxçıvan-Bakı aviareysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar.

Onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib. Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.

Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}