23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Putinin xalqa müraciətindən sonra rubl dəyər itirdi
Tarix: 26-03-2020 11:55 | Bölmə: Xəbərlər
Putinin xalqa müraciətindən sonra rubl dəyər itirdi

Ötən gün Rusiya prezidenti Putin televiziya kanallarında xalqa müraciəti zamanı koronavirus epidemiyası, dünya bazarında neftin qiymətinin ucuzlaşması səbəbindən rus iqtisadiyyatının ağır günlər keçirdiyini bildirib.

Reyting.az
xəbər verir ki, Putinin xalqa müraciətinin ardından rus rublu dollar və avro qarşısında yenidən dəyər itirib.

Məlumata görə, rubl dollar qarşısında 1, avro qarşısında isə 1,5 faizə qədər ucuzlaşıb. Hazırda 1 dollar 79 rubla, 1 avro isə 85,45 rubla yüksəlib.

Rusiya iqtisadiyyatının sütununu təşkil edən neft isə hazırda dünya bazarında 26,30 dollara satılır.

Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin bildirib ki, rus iqtisadiyyatı 2020-ci ildə böyüməyəcək:

“İndi təxminlər hazırlanır. Böyük ehtimalla Rusiya iqtisadiyyatı bu il kiçiləcək”.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}