16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstanda koronavirusa yoluxanların sayı çoxalıb
Tarix: 05-04-2020 11:21 | Bölmə: Xəbərlər
Gürcüstanda koronavirusa yoluxanların sayı çoxalıb

Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb.

Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}