PSJ-nin qapıçısı yol qəzasına düşdü
Tarix: 29-05-2020 15:01 | Bölmə: Xəbərlər
PSJ-nin qapıçısı yol qəzasına düşdü

“Pari Sen-Jermen” (PSJ) klubunun qapıçısı Martsin Bulka yol qəzasına düşüb.

Reyting.az
xarici futbol xəbər agentliklərinə istinadla bildirir ki, 20 yaşlı futbolçu hadisə zamanı yaralanmasa da, maşını “Lamborghini” əzilib.

İnsident Polşanın Vışoqrud şəhəri yaxınlığında baş verib. Məlumata görə, maşın oyunçunun olmayıb, onu icarəyə götürübmüş.

Bulka PSJ-də 2019-cu ilin yayından çıxış edir. Parislilərin heyətində bir oyunda meydana çıxan futbolçu mövsümün vaxtından əvvəl başa çatması ilə Fransa çempionu olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}