Maska taxmayanlar ictimai nəqliyyata buraxılmayacaq
Tarix: 01-06-2020 14:35 | Bölmə: Xəbərlər
Maska taxmayanlar ictimai nəqliyyata buraxılmayacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə müraciət edib.

Müraciətdə bildirilir ki, dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur: "Dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə edilmir".

BNA bildirir ki, bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

BNA bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək sərnişinləri bir daha anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edir: “Bildiririk ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir. Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}