Xırdalan yolundakı yanğın söndürülüb
Tarix: 08-08-2020 14:41 | Bölmə: Xəbərlər
Xırdalan yolundakı yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Reyting.az FHN-ə istinadla xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}