Bakıda sərnişin avtobuslarının sayı artırılacaq
Tarix: 15-08-2020 11:38 | Bölmə: Xəbərlər
Bakıda sərnişin avtobuslarının sayı artırılacaq

“İyulun 6-dək Bakıda 1800-1900 sərnişin avtobusu fəaliyyət göstərirdi. Bundan sonrakı dövrdə 100 avtobus əlavə olunub ki, sıxlıq maksimum aradan qaldırılsın”.

Reyting.az
-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərərfindən Bakı kəndlərini Bakının əsas dayanacaq məntəqələri ilə birləşdirən əlavə xətlər də verilib: “Bu əlavə xətlərin sayının artırılması və oraya əlavə avtobusların verilməsi məsələsi də baxılmaqdadır və yaxın günlərdə bununla bağlı əlavə qəraralar veriləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}