Ermənilər gün ərzində Tərtərə 30-a yaxın mərmi atıb
Tarix: 31-10-2020 10:25 | Bölmə: Xəbərlər
Ermənilər gün ərzində Tərtərə 30-a yaxın mərmi atıb

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisini atəşə tutub.

Reyting.az
-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verib.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər rayon ərazisinə gün ərzində 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}