16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranda nüvə alimi öldürülüb - Foto
Tarix: 27-11-2020 19:19 | Bölmə: Xəbərlər
İranda nüvə alimi öldürülüb

İranda alim qətlə yetirilib.

Məlumata görə, İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadə bu gün günorta saatlarında öldürülüb.

Məlumata görə, Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadəyə sui-qəsd edilib, əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. M. Fəxrizadəni xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.

Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2018-ci ildə də M. Fəxrizadəyə sui-qəsd cəhdi olmuşdu/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}