19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Bu gün Ramazan ayının sonuncu günüdür
Tarix: 12-05-2021 10:11 | Bölmə: Xəbərlər
Bu gün Ramazan ayının sonuncu günüdür

Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.

QMİ-nin Qazılar Şurası adambaşına 5-10 manat arası fitrə zəkatı verməyi tövsiyə edir.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub