20 yaşlı qız bulvarda intihar edib
Tarix: 24-07-2021 16:00 | Bölmə: Xəbərlər
20 yaşlı qız bulvarda intihar edib

Dənizkənarı Milli Parkda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}