16:58 / 02-12-2025
"ChatGPT" daha təkmil olacaq
Avropanın “Dron divarı” planı baş tutmayıb
Tarix: 16-10-2025 08:56 | Bölmə: Xəbərlər
Avropanın “Dron divarı” planı baş tutmayıb

Avropa Komissiyası qitənin “Dron divarı” ilə mühafizəsi təşəbbüsünü fəal şəkildə təşviq edərkən, bəzi ölkələr layihədən uzaqlaşmağı seçirlər.

Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Rusiyadakı səfirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüsə maliyyə ayrılması üçün konkret planları müzakirə etmək hələ tezdir.

Səfirlik nümayəndələrinin sözlərinə görə, Avropa ölkələri dron təşəbbüsünü təsdiq edə bilməyib və onun həyata keçirilməsi texniki və ən əsası, siyasi maneələrlə üzləşib:

“Dünən Aİ üzvləri “Dron divarı”nın yaradılmasının mümkünlüyünü yenidən müzakirə etsələr də, konkret nəticə əldə edə bilmədilər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}