Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
Tarix: 17-10-2025 10:01 | Bölmə: Xəbərlər
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib

Fransada məskunlaşmış rusiyalı müxalifətçi, Putin hakimiyyəti tərəfindən təqib edilən siyasi fəal və hüquq müdafiəçisi Vladimir Oseçkinə qarşı sui-qəsd cəhdi ilə bağlı bəzi detallar məlum olub.

Reyting.az
xəbər verir ki, bu barədə "Le Figaro" nəşri yazıb.

Məlumata görə, Fransanın Milli Antiterror Prokurorluğu Biarrits şəhərində 26–38 yaş arası dörd nəfəri saxlayıb.

Məlum olduğu kimi, əsas hədəf siyasi fəal, hüquq müdafiəçisi, eləcə də "Gulagu.net" layihəsinin təsisçisi V. Oseçkindir. V. Oseçkinə sui-qəsdin qarşısı son anda alınıb.

Oseçkini qətlə yetirmək tapşırığı alan dəstə üzvləri ələ keçib. Sui-qəsd cəhdində şübhəli bilinənlər, bu məqsədlə Fransa ərazisinə daxil olanlar və daha sonra saxlanılanlar arasında Rusiya, Dağıstan, o cümlədən Fransa vətəndaşları da var.

Onu da qeyd edək ki, 44 yaşlı V. Oseçkin hələ 2022-ci ildə özünə qarşı sui-qəsd planı barədə polisi xəbərdar etsə də, o zaman tutarlı dəlil-sübut olmadığından Fransanın hüquq-mühafizə orqanları faktı təsdiqləyə bilməmişdilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər