Xocavəndə növbəti köç olacaq
Tarix: 16-10-2025 11:48 | Bölmə: Xəbərlər
Xocavəndə növbəti köç olacaq

İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi planlaşdırılır.

Məlumata görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, hazırda Xocavənd rayonunun kəndlərində təmir və bərpa işlərinə start verilib:

"Artıq bilirsiniz ki, Qırmızı Bazar və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub. Bu proses ilin sonuna qədər davam edəcək və 2026-cı ildə də mərhələli şəkildə həyata keçiriləcək. Ümumilikdə, yaşayış məntəqələrindən əlavə digər layihələrimiz də dövlət proqramında nəzərdə tutulmuş qrafikə uyğun olaraq tam sürətlə icra olunur".




Bölməyə aid digər xəbərlər
14-10-2025, 15:38 Azərbaycan əhalisi artıb