İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
Tarix: 15-10-2025 17:44 | Bölmə: Xəbərlər
İranın hərbi gəmiləri Azərbaycana gəlib

Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra İran İslam Respublikası Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZIREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.

Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.








Bölməyə aid digər xəbərlər