16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan Afrika ölkələrinə vaksin göndərib
Tarix: 06-12-2021 22:55 | Bölmə: Xəbərlər
Azərbaycan Afrika ölkələrinə vaksin göndərib

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza miqdarında koronavirus peyvəndi bağışlanıb.

Türkiyə Xarici İşlər Nazirliyi xəbər verir ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza “Sinovak”) və Toqoya ( 211 200 doza “Sinopharm”) hədiyyə olaraq çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza “Sinovac”), Azərbaycan (100 min doza “Sinovac”), Özbəkistan (100 min doza “Sinovac”) və Macarıstan (211 200 doza “Sinopharm”) tərəfindən ayrıldığı bildirilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}