Xocalı soyqırımını törədənlərdən biri ölüb
Tarix: 13-08-2022 06:20 | Bölmə: Xəbərlər
Xocalı soyqırımını törədənlərdən biri ölüb

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini general Seyran Saroyan ölüb.

Reyting.az
xəbər verir ki, Seyran Saroyanın ölümü ilə bağlı məlumatı Ermənistan mətbuatı yazıb.

Xatırladaq ki, S. Saroyan Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan ordusunda alay, briqada komandiri olub, sonradan 2-ci və 4-cü korpuslara komandanlıq edib.

S. Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə xüsusi amansızlığı ilə seçilib.

“Xocalı qatili” kimi tanınan general S. Saroyanın səhhəti pisləşdiyindən Belarusa aparılmışdı. Onun artıq yeriyə bilmədiyi və ayaqlarının tutulduğu deyilirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}