Xersona kütləvi artilleriya hücumu olub
Tarix: 24-10-2025 11:54 | Bölmə: Xəbərlər
Xersona kütləvi artilleriya hücumu olub

Bu gün səhər Rusiya ordusu Xersondakı yaşayış məntəqələrinə kütləvi artilleriya hücumu təşkil edib.

Reyting.az
xəbər verir ki, Ukrayna KİV-lərinə istinadla bildirir ki, iki nəfər həlak olub, bir yeniyetmə də daxil olmaqla, ən azı 14 nəfər yaralanıb.

"İtkilər barədə məlumatlar dəqiqləşdirilir", - deyə Xerson prokurorluğu bildirib.

Hücum zamanı yaralananların hamısı küçələrdə və ya evlərində olub. Atəş nəticəsində şəxsi və çoxmənzilli binalara, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib