17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
Əfqan Sadıqov həbs olunub
Tarix: 23-10-2025 17:18 | Bölmə: Xəbərlər
Əfqan Sadıqov həbs olunub

Azərbaycanlı bloger Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.

Bununla bağlı Tbilisi Şəhər Məhkəməsi qərar verib.

O, oktyabrın 18-də Tbilisidə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.

Qeyd edək ki, Əfqan Sadıqovun saxlanıldığına dair məlumatlar yayılıb.

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib. Ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

Bu il aprelin 16-da məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb./APA




Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib