17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
Din xadimi əməliyyat olunub - Foto
Tarix: 23-10-2025 18:30 | Bölmə: Xəbərlər
Din xadimi əməliyyat olunub

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov cərrahi əməliyyat olunub.

Reyting.az
xəbər verir ki, yüksək təzyiq, şəkər və ürək problemlərindən də əziyyət çəkən Hacı Tahir Abbasov bu dəfə gözündən əməliyyat keçirib. Qısa müddət ərzində gözlərindən ikinci dəfə əməliyyat olunan din xadiminin səhhəti hazırda qənaətbəxşdir.

Məlumata görə, Hacı Tahir Abbasovun görmə qabiliyyətindəki problemlər qardaşı, polkovnik-leytenant Səməd Abbasovun şəhidliyindən sonra yaranıb, Vətən müharibəsi dövründə isə vəziyyəti daha da pisləşib.

Xatırladaq ki, Milli Azadlıq Hərəkatındakı fəaliyyətinə görə 1990-cı ildə həbs olunaraq Moskvadakı “Lefortovo” (“KQB zindanı” kimi tanınan) həbsxanasında cəza çəkmiş Hacı Tahirin (Seyid Tahir Qarabaği) ürək problemi də həmin dövrdən başlayıb.

Allah şəfa versin!





Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib