Nolanın yeni filmində baş rolu Deymon oynayacaq
Tarix: 13-10-2024 12:51 | Bölmə: Mədəniyyət
Nolanın yeni filmində baş rolu Deymon oynayacaq
K. Nolan və M. Deymon

Hollivudun məhşur kino aktyoru, rejissor, prodüser, operator və ssenarist Kristofer Nolanın növbəti yeni filminin 17 iyul 2026-cı ildə nümayiş olunacağı gözlənilir.

Reyting.az
-ın məlumatına görə, adı açıqlanmayan layihədə baş rolu Mett Deymonun oynayacağı bildirilir. Bu aktyor bundan əvvəl Nolanla "Interstellar" və "Oppenheymeer" filmlərində birlikdə çalışıb.

Yeni filmin süjet təfərrüatları hələ məlum deyil.

Aktyor və rejissor K. Nolan həm də filmin ssenari müəllifidir. Lakin çəkilişlərin bir az gec, yəni 2025-ci ilin əvvəlində başlanacağı gözlənilir. Yeni filmin prokatı və reklamı ilə "Universal" studiyası məşğul olacaq.

Xatırladaq ki, Kristofer Nolanın bundan əvvəl ekranlara çıxan "Oppenheymeer" filmi çox böyük şöhrət qazanmış, təxminən 1 milyard dollar gəlir gətirmişdi. Bu film həm də ən yaxşı ekran əsəri kimi rejissor və aktyor Killian Merfi də daxil olmaqla yeddi “Oskar” mükafatına layiq görülmüşdü.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}