Azərbaycanın Xalq artisti koronavirusdan vəfat edib
Tarix: 22-12-2020 10:45 | Bölmə: Mədəniyyət / Xəbərlər
Azərbaycanın Xalq artisti koronavirusdan vəfat edib

Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev dünyasını dəyişib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl COVİD-19 diaqnozu ilə xəstəxanaya aparılıb və vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.

S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib.

Sabir Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın "Əməkdar artisti", 2017-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}