20:54 / 07-04-2025
David Babayan: "Erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - Fotolar (Yenilənib)
20:06 / 07-04-2025
“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə” dəyişib
19:36 / 07-04-2025
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb
19:02 / 07-04-2025
Yeni institutlar və iki elmi müəssisə yaradılacaq
18:49 / 07-04-2025
Tramp birja böhranı fonunda seçiciləri sakitləşdirməyə çalışır
18:23 / 07-04-2025
Ceyhun Bayramov BƏƏ-yə gedib
18:19 / 07-04-2025
Hərbi ekspert Ədalət Verdiyev azadlığa buraxılıb
18:15 / 07-04-2025
ABŞ-nın fond bazarı çökür
18:07 / 07-04-2025
Qəzzada 50 min 700-dən çox insan öldürülüb
18:01 / 07-04-2025
Aktyor “Ayıq sürücü”nün yaratdığı qalmaqaldan danışıb: "Ağsaqqallar çağırdı, getdik..."
17:54 / 07-04-2025
Ölkədən çıxışa "stop" qoyulmasını öncədən necə öyrənmək olar? - Ekpsertdən açıqlama
17:35 / 07-04-2025
Milli Məclis daha 21 məsələni müzakirəyə çıxarır - Siyahı
17:26 / 07-04-2025
Xaricdə oxuyan daha 51 nəfərin diplomu tanınmayb
17:14 / 07-04-2025
"Neftçi" səfərdə "Şamaxı"ya qalib gəlib
17:02 / 07-04-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub
16:50 / 07-04-2025
Əlli vurulsun... - Etibar Cəbrayıloğlu yazır
16:25 / 07-04-2025
İran XİN: Tehran nüvə silahı hazırlamayacaq
16:16 / 07-04-2025
Müsavat Partiyası Tofiq Yaqublu ilə bağlı iqtidara dialoq təklifi göndərib
16:02 / 07-04-2025
Dövlət Agentliyinin əməkdaşı mina partlayışında ağır yaralanıb - (Yenilənib)
15:43 / 07-04-2025
Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək - Xəbərdarlıq
15:34 / 07-04-2025
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
15:28 / 07-04-2025
Qarabağ Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib
15:10 / 07-04-2025
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər tutulub - Fotolar
15:04 / 07-04-2025
Peskov: "Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir"
14:58 / 07-04-2025
Ukrayna daha bir yaşayış məntəqəsini itirib
14:37 / 07-04-2025
Qarabağda daha 2009,1 hektar ərazi minalardan təmizlənib
14:20 / 07-04-2025
Aqrar Xidmətlər Agentliyində yoxlamalar başlayıb
14:46 / 03-04-2025

08:32 / 04-04-2025

12:30 / 04-04-2025

10:24 / 03-04-2025

14:00 / 03-04-2025

11:31 / 04-04-2025

17:15 / 04-04-2025

12:17 / 03-04-2025

20:46 / 03-04-2025

15:18 / 05-04-2025

13:00 / 06-04-2025

00:05 / 05-04-2025

David Babayan: "Erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - Fotolar (Yenilənib)
Tarix: 07-04-2025 20:54 | Bölmə: Slayd

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 7-də davam etdirilib.
Reyting.az Azərtac-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən əvvəlcə təqsirləndirilən şəxs David Babayana suallar ünvanlanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazisində yaradılmış qondarma qurumda müxtəlif “məsul vəzifələr” tutduğunu, o cümlədən “prezidentin müşaviri”, “xarici işlər naziri” olduğunu təsdiqləyib.
D.Babayan bildirib ki, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.
O, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: “Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə “pasportlarımız” kimi, “diplomatik pasportlarımız” da Ermənistanın idi”.
Onun sözlərinə görə, həmin səfərlər barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat verilib.
Bundan başqa, David Babayan qondarma rejimin xarici ölkələrdə “nümayəndəlikləri”nin olub-olmamasına dair suallara “Bizim böyük erməni icmaları yaşayan ölkələrdə “nümayəndəliklərimiz” var idi” cavabını verib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq D.Babayan etiraf edib ki, vaxtilə Ermənistanın işğalı altında olan suveren ərazilərimizdə məskunlaşmış erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olub. O deyib ki, “inteqrasiya mümkünsüz idi”.
Sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov David Babayanın vaxtilə mediaya müsahibəsini xatırladıb. Müsahibədə təqsirləndirilən şəxs o zaman işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olduğunu, azərbaycanlılarla ermənilərin birgə yaşayışının mümkünsüzlüyünü qeyd edib. Dövlət ittihamını müdafiə edən prokurorun müsahibədəki fikirlərlə bağlı suallarına cavabında D.Babayan azərbaycanlılarla ermənilərin birgəyaşayışın perspektivini görmədiyini, inteqrasiyasının mümkünsüz olduğunu deyib. Bildirib ki, təqsirləndirilən digər şəxslər – Arayik Harutyunyan, Ruben Vardanyan, habelə qondarma rejimin başqa “vəzifəli” şəxsləri də inteqrasiyanın əleyhinə olublar.
“Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, - deyə o vurğulayıb.
D.Babayan Ruben Vardanyanla münasibətlərinə dair ünvanlanmış suallara cavab olaraq sonuncunu 2007-2008-ci illərdən tanıdığını, sonralar işgüzar münasibətlərinin yaranmasını və Ruben Vardanyanın erməni diasporunun mühüm şəxslərindən bir olduğunu qeyd edib.
Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə qeydiyyata alınıb.
O, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu deyib.
Bundan sonra D.Babayan müdafiə tərəfinin və zərərçəkənlərin vəkillərinin suallarını cavablandırıb.
Daha sonra dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs Madat Babayana suallar ünvanlayıb. O, suallara cavabında 1990-cı illərdə Ağdərədə xidmət etdiyini və postda dayandığını bildirərək deyib: “Bizim dəstənin rəhbəri Tarmazen Henrik idi. Biz ona tabe olmuşuq”.
O, Azərbaycan hərbçiləri tərəfindən saxlanılarkən üzərində silah olduğunu da söyləyib.
Sonra təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət ittihamçısı Vüsal Abdullayev tərəfindən suallar ünvanlanıb. Təqsirləndirilən şəxs suallara cavabında Ermənistan ordusunun tərkibinə 1993-cü ildə keçdiyini, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində - Əsgəran rayonunun Ağbulaq və Ağdam rayonunun Sarıcalı kəndində döyüşlərə qoşulduğunu vurğulayaraq bildirib: “Qoşulduğum silahlı dəstə “Əsgəran alayı” adlandırılırdı, komandiri Vitali Balasanyan idi”.
Bundan başqa, təqsirləndirilən şəxs 1993-cü ildə əsasən Ağdam və Ağdərə istiqamətlərində Ermənistan ordusunun tərkibində döyüşlərdə atıcı kimi iştirak etdiyini, qondarma rejimin “prezidenti” tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğunu söyləyib.
O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında 44 günlük müharibə zamanı Əsgəranda döyüşlərdə olduğunu və kənd ətrafında qurulmuş postlarda dayandığını bildirib.
Təqsirləndirilən şəxs əlindəki “Kalaşnikov” markalı avtomatdan Azərbaycan hərbçilərinin mövqeləri istiqamətində atəş açdığını da etiraf edib.
Məhkəmənin növbəti iclası aprelin 10-na təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bölməyə aid digər xəbərlər

Bu gün, 20:54
David Babayan: "Erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - Fotolar (Yenilənib)
Bu gün, 19:02
Yeni institutlar və iki elmi müəssisə yaradılacaq
Bu gün, 15:10
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər tutulub - Fotolar
Bu gün, 14:20
Aqrar Xidmətlər Agentliyində yoxlamalar başlayıb
Bu gün, 14:20
Suqovuşan kəndinə daha 54 ailə köçürülüb - (Yenilənib)
Bu gün, 13:19
İran Vaşinqtonun qərarını gözləyir
Bu gün, 11:50
Mövqelərimiz intensiv atəşə tutulub
Dünən, 15:39
Bu gün bir sıra imtahanlar keçirilib - Yenilənib
5-04-2025, 15:18
ABŞ İranı 46 ildir hədələsə də...
4-04-2025, 17:15
Ermənistan vəziyyəti yenidən gərginləşdirir
4-04-2025, 14:01
Bakıda köçürülmə və söküntü işləri başlayacaq
4-04-2025, 11:31
Ştaynmayer Azərbaycanla bağlı səhvini düzəldib
4-04-2025, 11:13
Dünya iqtisadiyyatı böyük risklə üzləşib - Xəbərdarlıq
4-04-2025, 08:32
Paşinyan Köçəryan və Sarkisyanı Azərbaycana təhvil verməlidir
3-04-2025, 19:17
Baş Prokurorluq daha iki blogeri istintaqa çağırıb - (Yenilənib)
3-04-2025, 16:57
Bakı və İrəvan anti-Rusiya siyasətindən geri çəkilir
3-04-2025, 14:00
Yeni hərbi qarşıdurma başlaya bilər - Professor
2-04-2025, 17:47
Ermənistanı yenidən təhlükəli oyuna sürükləyirlər - Deputat
2-04-2025, 16:02
Zülfüqarov: Ermənistanla bağlı bəzi stereotiplərimiz dəyişməlidir
2-04-2025, 15:44
Bakı və İrəvan vaxtında sülhə nail olmasa... - Kreml fürsət gözləyir
2-04-2025, 00:03
İran böyük təhlükə ilə üz-üzədir - Ekspert
1-04-2025, 17:26
Professor: Trampı qərb dəyərləri xəttinə gətirirlər
1-04-2025, 08:39
Almaniya Azərbaycan tərəfinə üzrxahlıq edib - Foto
1-04-2025, 08:34
İranla bağlı təhlükəli planı reallaşdırmaq istəyirlər
1-04-2025, 08:25
Ordumuzun mövqeləri 7 istiqamətdən atəşə tutulub
31-03-2025, 19:41
Keçmişə və gələcəyə yollanmaq reallığa çevriləcək
31-03-2025, 18:45
Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb
31-03-2025, 13:26
Gərginlik yenidən artır: İran raketlərini həyəcan vəziyyətinə gətirib
31-03-2025, 11:51
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
31-03-2025, 09:58
Ombudsman 31 mart soyqırımı ilə əlaqədar bəyanat yayıb
31-03-2025, 00:03
Azərbaycanlıların soyqırımından 107 il ötür
30-03-2025, 15:24
Ermənilər kəşfiyyat uçuşlarına cəhd edib, növbəti təxribata əl atıblar
29-03-2025, 18:00
Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
29-03-2025, 13:54
Şirkət rəhbəri barəsində həbs qərarı verilib
28-03-2025, 18:02
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
28-03-2025, 11:05
Sakinin evini başına uçuran tikinti şirkətinin rəhbəri saxlanılıb
27-03-2025, 16:12
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - Fotolar
27-03-2025, 14:54
İsrail israr edir: Türkiyədənsə, Suriyada Rusiya bazaları qalsın